» » Haftardan atəşkəs açıqlaması – Putinə məhəl qoymadı...


Haftardan atəşkəs açıqlaması – Putinə məhəl qoymadı...

10-01-2020, 19:03
Oxunub: 620
Çap et
Haftardan atəşkəs açıqlaması – Putinə məhəl qoymadı... Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftar Türkiyə və Rusiyanın atəşkəs çağırışını rədd edərək hərbi əməliyyatlara davam edəcəyini açıqlayıb.
Liviya Milli Ordusunun rəsmi nümayəndəsi, general Əhməd əl-Mismari sosial mediadan yanvarın 12-dən etibarən atəşkəsə əməl olunması çağırışına cavab verib.
Haftarın sözçüsü Türkiyənin adını çəkmədən məsələ ilə bağlı paylaşım edib: "Putinin atəşkəs çağırışını məmnuniyyətlə qarşılayırıq. Lakin Tripolini ələ keçirən və bəzi ölkələrin dəstəyini alan terror təşkilatlarına qarşı savaşımız axıradək davam edəcək”./teleqraf
Reytinq: