» » Tehranda təyyarə qəzasında ölən 169 nəfərdən 32-i xarici vətəndaş olub


Tehranda təyyarə qəzasında ölən 169 nəfərdən 32-i xarici vətəndaş olub

8-01-2020, 21:15
Oxunub: 621
Çap et
Tehranda təyyarə qəzasında ölən 169 nəfərdən 32-i xarici vətəndaş olub Tehran yaxınlığında qəzaya uğramış təyyarədə 32 xarici vətəndaş həlak olub. Qəzada ölən İran vətəndaşlarının sayı isə 147 nəfərə çatıb.
Bunu Tehranın Böhranların İdarə olunması Təşkilatının baş direktoru Mənsur Daracati deyib.
Baş direktor qeyd edib ki, qəzada 32 xarici vətəndaş həlak olub. Bunların 11-i Ukrayna, 6-sı Kanada, 11-i Əfqanıstan, 4-ü İsveç vətəndaşı olub.
Onun sözlərinə görə, yaxın saatlarda qəzanın səbəblərinin araşdırılması üçün təşkilatın əməkdaşlarının müşavirəsi keçiriləcək.
Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 169 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.
Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. İlkin məlumatlara əsasən, qəzanın səbəbi təyyarənin mühərrikinin yanması olub.
Reytinq: