Spirtli içkidən ölüm faktı ilə əlaqədar mağaza sahibi saxlanılıb

hadise, gundem
7-01-2020, 20:50 1422
Spirtli içkidən ölüm faktı ilə əlaqədar mağaza sahibi saxlanılıb Yanvarın 2-də Bakı şəhər sakini Yusif Hüseynov dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb. Araşdırmalarla onun spirtli içkidən ölməsi müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində spirtli içkini satan şəxs - Q.Qarayev prospektindəki bazarda topdan satış mağazasının sahibi, Bakı şəhər sakini S.Seyidov saxlanılıb.