» » Tovuzda 10 yaşlı qızın öldürülməsi ilə bağlı YENİ FAKTLAR


Tovuzda 10 yaşlı qızın öldürülməsi ilə bağlı YENİ FAKTLAR

7-01-2020, 20:42
Oxunub: 673
Çap et
Tovuzda 10 yaşlı qızın öldürülməsi ilə bağlı YENİ FAKTLAR Tovuz rayon Dondar Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının ötən ilin 21 noyabr tarixində yoxa çıxan və dünən yandırılmış meyiti tapılması barədə xəbər vermişdik.
Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, azyaşlı qız qətlə yetirildikdən sonra yandırılıb. Ekspertlərin ilkin rəyinə əsasən qız bir neçə gün əvvəl vəfat edib, onun bədəni üzərindəki yanıq xəsarətləri isə dünən yaranıb.
Nərminin nənəsi Minayə İsmayılova bildirib ki, dünən qonşu hasarın yaxınlığında yanğın olduğunu görüb və torpaqla yanğını söndürüb. Az sonra ərazidə Nərminin cansız bədəninin yandırıldığı üzə çıxıb.
Qeyd edək ki, qızın ailəsi televiziyada axtarış proqramına çıxandan sonra onun meyiti aşkarlanıb. Belə ki, Xoşqədəm Hidayətqızının verilişinə çıxan azyaşlının valideynləri çağırış ediblər və bundan az sonra Nərminin yandırılmış meyiti yaşadığı kənddə tapılıb. Onun kim tərəfindən öldürülməsi, yandırılması və meyitin ora necə gətirilməsi məlum olmasa da, cəsədin əraziyə sonradan gətirilib atıldığı dəqiqləşib.
Hadisədən dərhal sonra polisə müraciət edən Nərminin yaxınları onun qaçırılma ehtimalını bildiriblər. Belə ki, Nərminin böyük bacısı bildirib ki, hadisə baş verən gün ailə üzvləri ilə birgə qonşuluqdakı toy məclisində olublar. Axşam saatlarında Nərminin bacısı toydan çıxıb evə gedərkən ona sarı rəngli "VAZ” markalı avtomobil yaxınlaşaraq evlərinə aparmağı təklif edib. Lakin Nərminin bacısı maşına minməkdən imtina edib. Təxminən 1 saat sonra atası Şərif Quliyevin gödəkçəsini gətirmək üçün evə yollanan Nərmin yoxa çıxıb.
Qəddarcasına öldürülən qızın valideynləri konkret şübhələndikləri şəxsin olmadığını da bildiriblər.
Faktla bağlı Tovuz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Reytinq: