Bakıda evdən seyf aparıldı - 21 min dollar və 6 min manat

hadise
6-01-2020, 21:17 1258
Bakıda evdən seyf aparıldı - 21 min dollar və 6 min manat Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onunla birlikdə olan daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib.