Azərbaycan “Global Innovation Index 2019” reytinqində İKT göstəricilərinə görə fərqlənib

iqtisadiyyat
28-12-2019, 20:18 1161
Azərbaycan “Global Innovation Index 2019” reytinqində İKT göstəricilərinə görə fərqlənib Azərbaycanın “Global Innovation Index 2019” reytinqində İKT sahəsində göstəriciləri açıqlanıb.
Ölkə “İKT xidmətlərinin ixracı” göstəricisində mövqeyini ötən illə müqayisədə 17 pillə yaxşılaşdırıb.
“İKT xidmətlərinin idxalı” göstəricisində isə Azərbaycan bir pillə geriləyərək 42-ci yerdə qərarlaşıb.
Həmçinin “İKT-dən istifadə” və “İKT-yə çıxış” göstəricilərində Azərbaycan müvafiq olaraq 82 və 69-cu yerlərdə qərarlaşıb.
Qeyd edək ki, “Global Innovation Index 2019” reytinqi 126 ölkəni əhatə edir və ABŞ-ın Kornell Universiteti, Fransanın INSEAD Biznes Məktəbi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən birgə tərtib olunur. Reytinqin tərtib olunması zamanı 82 göstərici qeydə alınır.
Azərbaycan reytinqdə ümumilikdə 84-cü yerdə qərarlaşıb. Azərbaycanın ən yaxşı göstəricisi “Daxili bazarın inkişafı” blokunda “İnvestisiyalar” subindeksi üzrə birinci yerdir. Bundan başqa, ölkə “Minoritar investorların müdafiəsi” subindeksində ikinci, “Biznesin başlamasının asanlığı” subindeksində 9-cu, “Kreditlərin alınmasının asanlığı” subindeksində 20-ci yerdə qərarlaşıb.