» » “Lord” ləqəbli kikboksçumüz növbəti dəfə peşəkar döyüşə çıxacaq


“Lord” ləqəbli kikboksçumüz növbəti dəfə peşəkar döyüşə çıxacaq

25-12-2019, 13:22
Oxunub: 492
Çap et
“Lord” ləqəbli kikboksçumüz növbəti dəfə peşəkar döyüşə çıxacaq Gələn il fevral 29-da azərbaycanlı kikboksçu Ramal Aslanov növbəti peşəkar döyüşünə çıxacaq.
73 kiloqram çəki dərəcəsində mübarizə aparan azərbaycanlı idmançı Belarusun paytaxtı Minskdə keçiriləcək “MGC Live 2 Fight” döyüş gecəsi çərçivəsində yerli idmançı Maksim Spodarenko ilə qarşılaşacaq.
Bu il 75 kiloqram çəkidə dünya çempionu olmuş 27 yaşlı “Lord” ləqəbli R.Aslanov indiyədək peşəkar rinqdə 40 döyüş keçirib. O, bunlardan 35-də qalib gəlib.
Reytinq: