Bakıda camaatı yolun ortasında soyub talayan “lotu”lar tutulub

hadise
4-09-2015, 11:19 840
Bakıda camaatı yolun ortasında soyub talayan “lotu”lar tutulub Bakıda camaatı yolun ortasında soyub talayan yeniyetmə və gənclərdən ibarət qrup aşkar edilib.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 2-də Neftçilər prospektində ayırı-ayırı saatlarda Bakı şəhər sakini Fərid Sadıyevi və Lerik rayon sakini Adil Zaidovu hədələyərək mobil telefonunları soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Kürdəmir rayon sakinləri – 1993-cü il təvəllüdlü Ricay Müşfiq oğlu Hidayətov, Hacıağa Sahib oğlu Həsənov, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Əli Mikayıl oğlu Hacıyev və Xaçmaz rayon sakini, 1998-ci il təvəllüdlü Rövşən Abdulşah oğlu Məmmədov tutulublar.
Şübhəli şəxslər ətrafında aparılan ilkin istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, onlar avqustun 30-da günorta saatlarında Neftçilər prospektində Bakı şəhər sakini Səttar Mehdiyevin etibarından sui-istifadə edərək mobil telefonunu dələduzluq yolu ilə talayıblar.