Cavid Qurbanov: “Azərbaycan Dəmir Yolları”nda orta aylıq əmək haqqı 583 manata çatıb"

iqtisadiyyat
17-12-2019, 11:19 1247
Cavid Qurbanov: “Azərbaycan Dəmir Yolları”nda orta aylıq əmək haqqı 583 manata çatıb" “Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də təxminən 20 min nəfər işləyir. 2015-ci ildən bəri səhmdar cəmiyyətində orta aylıq əmək haqqı hər il orta hesabla 95% artıb”.
Bu barədə qurumun sədri Cavid Qurbanov keçirdiyi mətbuat konfrasında deyib.
“Əgər 2015-ci ildə orta maaş 120-130 manat idisə, artıq 583 manata çatıb. Bu da son göstərici deyil. Əmək haqları tədricən artırılacaq. Amma bu, daha çox dəmir yolu ilə daşınan yüklərin həcmindən asılıdır, odur ki, infrastuktur inkişaf etdirilir”, - deyə o, qeyd edib.