Kadırov İlham Əliyevdən kömək istədi

siyaset
4-09-2015, 11:01 820
 Kadırov İlham Əliyevdən kömək istədi Çeçenistan prezidenti Ramzan Kadırov İslam ölkələri liderlərini Yaxın Şərqdə münaqişələrdən əziyyət çəkən müsəlmanların müdafiəsinə qalxmağa çağırıb.
`Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qatar, Oman, Bəhreyn, Küveyt, İordaniya, İndoneziya, Malayziya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Tacikistan və digər müsəlman ölkələri liderlərini eyni dinə inanan qardaşların müdafiəsinə çağıraram`, - deyə Kadırov sosial şəbəkələrdə yazıb.
Kadırovun sözlərinə görə, əgər müsəlmanlar `Qərbin qeyri-insani siyasətinə qarşı çıxmasalar, bu bədbəxtlik istənilən İslam ölkəsinə gələ bilər.