Əli Əsədov qərar imzaladı - Yeni komissiya yaradılır

iqtisadiyyat
17-12-2019, 11:00 1174
Əli Əsədov qərar imzaladı - Yeni komissiya yaradılır Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında Qərar imzalayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Qərara əsasən, iqtisadiyyatın müxtəlif sahələrində işçilərin peşə bacarıqlarına ehtiyaclarının öyrənilməsi, peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması ilə bağlı müzakirələrin keçirilməsi, təkliflərin verilməsi və qərarların qəbul edilməsi istiqamətində dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri, işəgötürənlər və onların birlikləri, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri tərəfindən həyata keçirilən fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları yaradılır və tərkibləri təsdiq edilir. Həmçinin "Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının Əsasnaməsi” təsdiq edilir.