Qadın-kişi münasibətlərində XOŞBƏXTLİYİN 9 QAYDASI

maraqli
17-12-2019, 10:49 774
Qadın-kişi münasibətlərində XOŞBƏXTLİYİN 9 QAYDASI Təsəvvür edin, kişi ilə qadını iyirmi addım ayırır. Bu zaman tərəflərdən biri on addım atmalı və dayanmalıdır. Əgər qarşı tərəf səni gözləmirsə, on birinci addımı atma, yoxsa on ikinci, on üçüncü və bütün həyatın boyu addımları özün atmalı olacaqsan. Qoy öhdəsinə düşən addımları hər kəs özü atsın.
1.Əksər vaxt daxilən bizə yaxın olduğunu hiss etdiyimiz insanı həyatımıza daxil edirik. Ətrafınızdan məmnun deyilsinizsə, öz qəlbinizə nəzər salın. Dost sarıdan bəxtinizin gətirdiyini düşünürsünüzsə, bunun bir səbəbi var, özünüz də beləsiniz. Odur ki, həyatınıza layiqli insan daxil etmək istəyirsinizsə, özünüz də elə olun.
2.Nə veririksə, onu da alırıq. Sevgilinizlə onun sizinlə rəftar etməsini istədiyiniz şəkildə davranın.
3.Hamımızın həqiqətən sevgiyə ehtiyacı var. Sevgi - səmimiyyət, incəlik, qayğı, məsuliyyət, etibarlılıq, fədakarlıq və alicənablıq deməkdir. Bu keyfiyyətləri nə qədər çox göstərsək, bunun müqabilində bir o qədər çox şey qazanırıq. Qorxu, qısqanclıq, asılılıq, manipulyasiya, nəzarət, əsassız iddialar və təhqir, əlaqələri məhv edən və sevgi ilə heç bir əlaqəsi olmayan təzahürlərdir.
4.Hər bir sözün böyük gücü var. Bir sözlə şəfa verə, digəri ilə öldürə bilərsiniz. Dediklərinizə diqqət edin. Kinayə, təhqir və məzəmmət ürəkdə şəfası çətin olan yaralar açır. Bunlar geridönməz təsir göstərir. Hər bir insanın qəlbində rədd olunma qorxusu olan bir uşaq yaşayır. Ona zərər verməkdən qorxun. Sözlərin tükənməz gücündən yalnız xoş iltifat, təsdiq və dəstək məqsədi ilə istifadə edin.
5.Güvən, həyatın vacib ünsürüdür. Onsuz insan şübhəli, narahat, əsəbi və qorxu dolu olur, bir başqası özünü emosional tələ içində hiss edir, ona elə gəlir ki, sərbəst nəfəs almağa icazə verilmir. Qısqanclıq təklik qorxusudur, özünə inamsızlıq və hörmətsizlikdir. Güvən, əsl sevginin ayrılmaz hissəsidir.
6.Səmimi olun. Sevgi hərəkətsiz deyil, o ya böyüyən, çiçəklənən, ya da quruyub məhv olan bitki kimidir. Hər şey onunla nə cür rəftar etdiyinizdən asılıdır. Səmimi ünsiyyət su kimidir, onsuz heç bir bitki yaşaya bilməz. Bir-birinizə arzularınız, münasibətiniz və hissləriniz barədə danışın. Onu sevdiyinizi və qiymətləndirdiyinizi bildirin. Heç vaxt "səni sevirəm" deməkdən qorxmayın. Qarşı tərəfi tərifləməkdən də çəkinməyin. Səmimi tərif bir bitki üçün günəş kimidir, bu, münasibətlərinizə yeni nəfəs gətirəcək.
7.Sevmək hissə-hissə və qeyd-şərtsiz öz duyğularını qarşı tərəfə ötürməkdir. Sevgi almaq istəyirsinizsə, onu ötürməyi də bacarmalısınız. Nə qədər versəniz, bir o qədər çox alarsınız. Eşq bumeranq kimidir, həmişə geri qayıdır. Sevgi verdiyiniz adam tərəfdən qayıtmaya bilər, amma dolayı yolla olsa da sizə qayıdacaq. Yüz misli qayıdacaq. Bu halda xatırlamaq vacibdir ki, sevgi ehtiyatı sizdə qeyri-məhduddur. Sevgini ötürməklə itirmirik. Yadda saxlayın ki, içimizdəki sevgini itirməyin yeganə yolu başqalarına verməməkdir. İnsanların nadir hallarda sevməsinin bir səbəbi odur ki, kiminsə onları sevməsini gözləyirlər. Ancaq bu, musiqiçinin "İnsanlar rəqs etməyə başlayanda ifa etməyə başlayacağam” deməsinə bənzəyir. Odun atmadığınız ocaqdan istilik gözləməyin. Xoşbəxt münasibətin gizli düsturu belədir: Həmişə götürə biləcəyiniz şeylərə deyil, nə verə biləcəyinizə diqqət yetirin.
8.Toxunuş, münasibətləri gücləndirən, sevginin əsas təzahürlərindən biridir. Bir insana toxunmaq onun ruhuna toxunmaq deməkdir. Yəqin ki, elə buna görə kimsə bizi incitdiyi zaman: "Mənə toxunma!" deyirik. Sevdiyiniz insanı motiv olmadan belə tez-tez qucaqlayın. Britaniyalı tədqiqatçılar bu barədə klinikada təcrübə keçiriblər. Baş cərrah suallara cavab vermək və əməliyyatın ümumi mahiyyətini izah etmək üçün əməliyyatdan əvvəl axşam saatlarında pasientlərin hər birini ziyarət edib. Sınaq zamanı cərrah bir neçə xəstəsinin əlini sıxıb. Onlar digərlərindən üçqat daha tez sağalıb. Birinə diqqətlə toxunduğumuz zaman həm bizim, həm də onun fiziologiyası dəyişir - stress hormonlarının səviyyəsi azalır, sinir sistemi rahatlaşır, immun sisteminin vəziyyəti, emosional durum yaxşılaşır. Buradan belə bir qənaətə gəlirik ki, gündə 7-8 nəfəri qucaqlamaq xəstəlik riskini azaldır.
9.Kimisə seviriksə, ona azadlıq verməliyik. O, qərar verməkdə sərbəstdir. İstədiyimiz deyil, istədiyi şəkildə yaşamaqda azaddır. Hər birimizin fərqli mühitə, şəxsi "sahəyə" ehtiyacı var. İnsanlar münasibətlərdə sərbəst olmalıdırlar, əks halda özlərini tələdə hiss edəcəklər. Birini həqiqətən sevirsinizsə, onun istəklərinə və ehtiyaclarına hörmət etməlisiniz. Sevdiyiniz insanı azad buraxmaq həmişə asan olmur, amma başqa yol yoxdur. Həyatın hikməti isə deyir: "Başqasına nə qədər çox azadlıq versək, o da bizə bir o qədər yaxın olar".