» » Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinə rəsmi start verilir


Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinə rəsmi start verilir

11-12-2019, 11:55
Oxunub: 590
Çap et
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinə rəsmi start verilir Yeni Azərbaycan Partiyası vaxtı çatanda növbədənkənar parlament seçkilərinə öz namizədlərinin siyahısını elan edəcək. Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır.
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi - Sədr müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçiriləcək: “Vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Vaxtı çatanda siyahı açıqlanacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni və əvvəlki tərkibdə olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşlarımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlardan ibarət olacağını görəcək və inanacaqlar".
Reytinq: