"Otaqlarında çat əmələ gəlib" Millət vəkilindən zəlzələ açıqlaması

sosial
4-09-2015, 10:56 764
"Otaqlarında çat əmələ gəlib" Millət vəkilindən zəlzələ açıqlaması "Mingəçevirdə zəlzələ oldu, hətta bəzi binaların otaqlarında çat əmələ gəlib". Bu barədə millət vəkili Aydın Mirzəzadə öz "Facebook" səhifəsində yazıb.
"Şəhər icra hakimiyyətinə, tanışlara zəng etdim. Hələ ki dağıntılar və ağır fəsadlar barədə xəbər yoxdur. Həmin vaxtı Bakıda olduğum otaqda lyustrun zəif tərpənişini mən də hiss etdim" - deyə, millət vəkili əlavə edib.
Qeyd edək ki, bu gün saat 09:49-da Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.