» » DİN əməliyyat keçirdi: 12 nəfər saxlanıldı


DİN əməliyyat keçirdi: 12 nəfər saxlanıldı

6-12-2019, 13:07
Oxunub: 618
Çap et
DİN əməliyyat keçirdi: 12 nəfər saxlanıldı Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlayıb.
Gün ərzində törədilən 6 cinayətin üstü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.
Reytinq: