Azərbaycanlı beş rusiyalını bıçaqladı

hadise
4-09-2015, 10:52 799
Azərbaycanlı beş rusiyalını bıçaqladı Davanı qadın salıb.
Tatarıstanın Zelenodolsk (Rusiya) şəhər gününü dava ilə qeyd ediblər.
Bu bayramda iki 30 yaşlı qadın uşaqları ilə gəzintidə olub. Gəzintilərinin son məntəqəsi kababxanalardan biri olub.
Realfakt “KP”-yə istinadən xəbər verir ki, qadınlardan biri qonaqlığa əslən Azərbaycandan olan keçmiş sevgilisini çağırmağı qərara alıb. Süfrə arxasında qonaq çağırılan kişi qadının rəfiqəsinin xətrinə dəyib. Özünü təhqir edilmiş hesab edən qadın, intiqam almaq məqsədilə öz tanışına zəng edib.
İçkili olan kişini intiqam almaq üçün yola gətirmək elə də çətin olmayıb. Amma o, kababxanaya tək yox, dostları ilə gəlib. Qadınla sözü çəp gələn qonaq bunu gördükdə yardıma öz yerlilərini çağırıb.
Nəticədə söhbət baş tutmayıb. Dava zamanı qonaq bıçağa əl atıb və beş opponentini yaralayıb. Onları xəstəxanaya aparmalı olublar.
“Onu həmin an saxladılar. Kişiyə qarşı “bilərəkdən sağlamlığa ciddi xəsarət yetirmə” maddəsi ilə cinayət işi açılıb”, - “KP”yə DİN Zelenodolsk şöbəsinin mətbuat katibi Liliana Kulikova bildirib.