Bakıda intihar edən qadını qonşular qurtardı

hadise
12-08-2015, 11:16 909
Bakıda intihar edən qadını qonşular qurtardı Dünən günorta saatlarında Nizami rayonu ərazisində yerləşən yaşayış binasının 5-ci mərtəbəsində bir qadın intihara cəhd edib.
ANS TV-nin kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, qadının intihara cəhd etməsinə səbəbin ailə mübahisəsinin olduğu bildirilir.
Qadın təxminən 30 dəqiqədən artıq bir müddətdə eyvandan asılı vəziyyətdə qalır. Özünü aşağı atmaq istəsə də, onu qonşuların sayəsində xilas etmək mümkün olur.
Belə vəziyyətdə qonşular qadının köməyinə gəlir. Hər halda, bizdə başı bəlada olan insanlara əl tutmaq, ya kiməsə yardım etmək adəti həmişə olub. Burda da bu xüsusiyyətimiz özünü biruzə verib. Və inşallah da bu hiss bizi tərk etməsin.