Oğurluqda şübhəli bilinən dəstə zərərsizləşdirilib

hadise
26-11-2019, 10:47 1241
Oğurluqda şübhəli bilinən dəstə zərərsizləşdirilib Göyçay rayonunda oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, MMC-lərdən birinin direktoru Göyçay Rayon Polis Şöbəsinə müraciət edərək 650 metr uzunluğu olan alüminium naqilin naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib: "Daxil olmuş müraciətlə əlaqədar Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxslərin Kürdəmir rayon sakinləri Asif Abdullayev,Yaşar Atayev və Asif Abdurahmanov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər".
Faktla bağlı araşdırma aparılır.