Türkiyə ərazisində aşkarlanan tarixi əsərlər Çinə təhvil verilib

dunya
26-11-2019, 09:54 1207
Türkiyə ərazisində aşkarlanan tarixi əsərlər Çinə təhvil verilib Türkiyə ərazisində aşkarlanan və orta əsrlərdə Çində hakimiyyətdə olmuş Sui (557-618-ci illər) və Tan (618-907-ci illər) sülalələri dövrünə aid tarixi əsərlər Çin Xalq Respublikasına təhvil verilib.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Tarixi əsərlərin təhvil verilməsi mərasimində danışan Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy mədəni mirasın idxal, ixrac və mənimsənilməsinin qarşısının alınmasının UNESKO-nun 1970-ci ildə əldə olunmuş razılaşması əsasında həyata keçirildiyini bildirib.
Nazir bu istiqamətdə 2009-cu ildə iki ölkə arasında da müqavilənin imzalandığını qeyd edib.