» » Bakıda 6 tələbə qız dəm qazından zəhərlənib


Bakıda 6 tələbə qız dəm qazından zəhərlənib

26-11-2019, 09:50
Oxunub: 574
Çap et
Bakıda 6 tələbə qız dəm qazından zəhərlənib Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə1 saylı Kliniki Tibbi MərkəzinToksikologiya şöbəsinə gətiriblər.
Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.
Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.
Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.
Reytinq: