» » Deputatlar bu gün 2020-ci ilin dövlət büdcəsini təsdiq edəcək


Deputatlar bu gün 2020-ci ilin dövlət büdcəsini təsdiq edəcək

25-11-2019, 11:37
Oxunub: 1004
Çap et
Deputatlar bu gün 2020-ci ilin dövlət büdcəsini təsdiq edəcək Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Deputatlar 2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları və digər məsələləri müzakirə edəcək.
Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.
Reytinq: