Bakıda minik maşını yol kənarına aşıb, ölən var - YENİLƏNİB

hadise
25-11-2019, 10:38 1083
Bakıda minik maşını yol kənarına aşıb, ölən var - YENİLƏNİB aradağda avtomobil yoldan çıxaraq dərəyə aşıb, 2 nəfər ölüb.
Hadisə Qaradağ rayonu ərazisində baş verib. "Hyundai Tucson” markalı 60 AA 002 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü -1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlu və Tovuz rayon sakini Əminə Zeynalova hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, xəsarət alanlardan biri Tovuz rayon İcra hakimiyyətinin müavini Zeynalov Rəşad Nurəddin oğludur, ölən qadın isə onun həyat yoldaşı olub.
Faktla bağlı araşdırma aparılır. (APA)