» » Seysmoloji Xidmət Mərkəzi: Episentri Şəkidə olan 7 bal gücündə zəlzələ qeydə alınıb


Seysmoloji Xidmət Mərkəzi: Episentri Şəkidə olan 7 bal gücündə zəlzələ qeydə alınıb

4-09-2015, 10:27
Oxunub: 676
Çap et
Seysmoloji Xidmət Mərkəzi: Episentri Şəkidə olan 7 bal gücündə zəlzələ qeydə alınıb Ucar, Mingəçevir, Yevlax və Gəncədə zəlzələ olub. Bu barədə Realfakt-a Yevlax və Gəncə sakinləri məlumat veriblər. Verilən məlumatlara görə, zəlzələ hiss olunub. Yerli sakinlər təşvişə düşüb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə məlumatı təsdiqləyiblər və bildiriblər ki, zəlzələ Azərbaycanın bir neçə rayonunda hiss olunub.
Yaxın dəqiqələrdə bununla bağlı rəsmi məlumat yayılacaq.
XXX
Realfakt-ın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən yaydığı məlumata görə, bu gün yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km aralı Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub. Zəlzələ yerin 13 kilometr dərinliyində baş verib, maqniturası 5,9 olub.
Xatırladaq ki, bir neçə gün əvvəl də Şəkidə zəlzələ olmuşdu.
Reytinq: