Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırıb

iqtisadiyyat
20-11-2019, 11:15 799
Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırıb Rusiyadan Azərbaycana taxıl və taxıl məhsullarının idxalı bu ilin ikinci yarısında 857 min ton təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Azərbaycana ixrac olunan taxılın payı Rusiyanın ümumi taxıl ixracının təxminən dörd faizini təşkil edir.
Azərbaycan Rusiyadan taxıl ixrac edən ölkələr arasında ilk beşlikdə yer alıb.