Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın

hadise
19-11-2019, 10:40 652
Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın Abşeron rayonunda yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 110 m² olan 3 otaqlı mənzilin mətbəxində 8 m² sahədə mebel və 1 ədəd soyuducu yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb