Yeniyetmə itkin düşdü, ailəsi 16 yaşlı qızı axtarır

hadise
3-09-2015, 16:16 919
Yeniyetmə itkin düşdü, ailəsi 16 yaşlı qızı axtarır Sentyabr ayın 1-dən araşdırmalara başlanıb.
Sentyabr aynın 1-dən Bakı şəhərinin Türkan qəsəbəsində yaşayan, gənc qız itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 16 yaşlı Mirzəyeva Rəhiməxanım sentyabrın 1-də evdən çıxıb və geri qayıtmayıb. Valideynləri qızlarını tapmaq üçün Xəzər rayonunun polis şöbəsinə müraciət ediblər.
Xəzər rayon Polis İdərəsindən ANS PRESS-ə bildirdilər ki, yeniyetmə sentyabr ayinın 1-də 23.00 radələrində evdən çıxıb. Həmin gün valideynləri dərhal polisə müraciət ediblər. Qız hələ tapılmayıb. Araşdırma 1-ci Polis bölməsinin təhqiqatçısı Kamandar Ələsgərov tərəfindən aparılır.
Mirzəyeva Rəhiməxanım haqqında hər hansı məlumatı olanlar 012-454-22-22 nömrəsi ilə əlaqə saxlaya bilərlər.