» » Xətai Sənət Mərkəzində “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır


Xətai Sənət Mərkəzində “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır

13-11-2019, 12:08
Oxunub: 41
Çap et
Xətai Sənət Mərkəzində “MƏNİM  YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır Məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində cari ilin may ayında “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır.
Müsabiqənin mükafat fondu olan seçilmiş müəlliflərin qrup sərgisi kimi nəzərdə tutulmuş SƏRGİ-PLENERDƏ 15 balaca rəssam hər biri 5 əsəri ilə təmsil olunmaqla yanaşı, tədbirin açılışından 2 saat əvvəl sərbəst mövzuda ərsəyə gətirdikləri əsərlər sərgi-plenerdə təqdim olunacaq.
O cümlədən, tədbirdə Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin “Nəsimi dünyası Rənglərin işığında” kitabının təqdimatı olacaq və müəllif öz imzası ilə əsərini tədbir iştirakçılarina təqdim edəcək.
Nəzərinizə çatdırıq ki, reqlamentə uyğun olaraq, üçüncü tura sərgi-plenerə əsərinə daha az müdaxilə olunmuş (müəllim və ya valideyn tərəfindən), yaşına uyğun, duyğu və düşüncələri nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ideya əsas götürülməklə seçilmiş uşaqlara üstünlük verilmişdir.
Sərgi-plener 23 noyabr saat 16:00-da Xətai Sənət Mərkəzində açılacaq.
Sərgi-plener iştirakçıları diplomla təltif olunacaq.
Reytinq: