Bakıda 39 yaşlı kişi ilə 47 yaşlı qadın yoxa çıxdı - AXTARIŞ APARILIR

hadise
13-11-2019, 11:39 651
Bakıda 39 yaşlı kişi ilə 47 yaşlı qadın yoxa çıxdı - AXTARIŞ APARILIR Bakı sakini itkin düşüb.
Trend-in məlumatına görə, hadisə noyabrın 8-də paytaxtın Xətai rayonu, M.Hadi küçəsində baş verib.
Həmin küçədə yaşayan 1980-ci il təvəllüdlü Emin Əlizadə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bundan başqa Xətai rayonu, Q.Məmmədov küçəsi ev 3, mənzil 88-də yaşayan, 1972-ci il təvəllüdlü Mərdanova Gülnarə Kübanay qızı da noyabrın 9-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.