» » Ərdoğan: Moskva Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyib


Ərdoğan: Moskva Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyib

7-11-2019, 22:02
Oxunub: 697
Çap et
Ərdoğan: Moskva Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyib Moskva YPG/PYD terrorçularının Suriyanın şimalından çıxarılması ilə bağlı Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyib.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, bölgədə hələ də terrorçular qalmaqdadır və onlar mütəmadi olaraq Türkiyə qoşunlarını atəşə tutur.
Prezident əlavə edib ki, Türkiyə və Rusiya qoşunları Suriyanın şimalında patrulu davam etdirir:
“Türkiyə terrorçuluqla mübarizə üzrə danışıqlar zamanı Rusiya ilə əldə olunmuş razılaşmalara sadiqdir”.
Reytinq: