Super model milyonların qarşısına bu libasla çıxdı

sou
3-09-2015, 15:23 893
Super model milyonların qarşısına bu libasla çıxdı 72-ci Venesiya kinofestivalına start verildi.
Venesiyanın Lido adasında 72-ci Venesiya kinofestivalına start verilib. ANS PRESS-in məlumatına görə, "Palazzo del Cinema" kinoteatrının əsas zalında təşkil edilmiş festivalda bu ilin əsas müsabiqəsinə 21 film təqdim edilib.
Əsas müsabiqənin münsiflərinə bu il "Oskar" mükafatı sahibi Alfonso Kuaron başçılıq edir. Onunla birlikdə filmləri Pavel Pavlikovski, Nuri Bilge Ceylan, fransalı yazıçı Emmanuel Karrer, italiyalı rejissor Françesko Muntsi, may ayında Kann baxışının ən yaxşı rejissoru Xou Syaosan, "Kevinlə nəsə düz deyil" filminin müəllifi Linn Remsi və aktrisalar Dayan Kryuqer və Elizabet Benks qiymətləndirəcək. Festival sentyabrın 12-nə kimi davam edəcək.
Qırmızı xalıdan italyan kinoaktyorları, eləcə də festivalın münsiflər heyətinin üzvləri keçib. Hər biri eleqant libasda olsa da, super model Alessandra Ambrosio öz şəffaf geyimi ilə diqqət mərkəzində olub.