Bakıda minik avtomobili yük maşını ilə toqquşub, ölən var

hadise
9-10-2019, 10:40 1182
Bakıda minik avtomobili yük maşını ilə toqquşub, ölən var Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “VAZ” markalı minik avtomobili ilə "KamAz" markalı yük avtomobili toqquşub.
Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1982-ci il təvəllüdlü Ağakişiyev Faiq Mirzəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.