18 yaşlı gənc bıçaqlandı

hadise
3-09-2015, 15:13 1081
18 yaşlı gənc bıçaqlandı Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Gəncədə bıçaqlanma baş verib. Hadisə Kəpəz rayonu ərazisində qeydə alınıb.
Gəncə Şəhər Polis İdarəsindən ANS PRESS-ə bildiriblər ki, şəhərin Azərbaycan küçəsi, 15-ci dalan ev 1 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Kamil Dilqəm oğlu Cabbarov naməlum şəxs və ya şəxslər tərifindən qarın nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə Təcili Tibbi Yardım Stansiyasına çartdırılıb.
Xəstəxanadan yaralının üzərində cərrahiyyə əməliyyatı aparıldığını və hazırda vəziyyətinin orta ağır olduğunu bildirdilər.
Hazırda Gəncə Şəhər Polis İdarəsində hadisəni törədən şəxsin kimliyi araşdırılır.
Bu gün səhər də Gəncədə bıçaqlanma hadisəsi baş vermişdi.
Nizami rayonunda qeydə alınan hadisə zamanı Ordubadi küçəsi 89 ünvanında yaşayan 1969-cu il təvəllüdlü Rövşən İsmayıl oğlu Nağıyev bıçaqlanmış, üzərində aparılan cərrahiyyə əməliyyatı nəticəsində onun həyatını xilas etmək mümkün olmuşdu.