Bakıda AĞIR QƏZA: 11 nəfər xəstəxanalıq oldu

hadise
7-10-2019, 12:20 1118
Bakıda AĞIR QƏZA: 11 nəfər xəstəxanalıq oldu Qala -Pirallahı yolunda (Zirədəki "Bolmarket"in yanı) avtoqəza baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb:
"Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur".