Dünyanın ən gözəl adası: Cəmi 6 nəfər yaşayır

maraqli
7-10-2019, 11:56 1190
Dünyanın ən gözəl adası: Cəmi 6 nəfər yaşayır Cəmi 6 nəfərin yaşadığı və avtomobildən istifadə olunmadığı Flatey dünyanın ən gözəl adası seçilib.
İslandiyanın şimal-qərbində yerləşən və uzunluğu sadəcə 2 km olan Flatey dünyada ən gözəl 50 ada arasında birinci olub.
Qış ayları kimsəsiz keçən Flateyə yay aylarında gələn insanların sayı 9 minə çatır. Buraya gələnlər adada yaşayan qağayı populyasiyası ilə yanaşı, 35-dən çox quş növünü də görmək şansı əldə edir. Bunlara qarabattaq, istrdiyə ovçusu, susüpürən və bəzi suda yaşayan qağayı növləri daxildir.
Yabanı bitkiləri sevənlər burada 150-dən çox bitki növünü də görə bilər, eyni zamanda "qatil balinaları”...
Ada Breyda-ford körfəzində yerləşir.
Staykkişolmur qəsəbəsindən çıxan bərə ilə gələ biləcəyiniz adada yayda 3 ay açıq olan "Hotel Flatey” adlı bir mehmanxana var. İslandiyanın 1864-cü ildə tikilmiş ən qədim kitabxanası da Flateydədir. Habelə 1926-cı ildə qalma Kristiyana və Baltazar Samper tərəfindən hazırlanmış freskaların olduğu bir kilsə...
Adada çoxlu sayda film çəkilib. Bunlar arasında ən diqqət çəkəni isə Nobel mükafatlı "The Honour of House” filmidir.