» » Bakıda həbsdə olan dayısına telefon gətirən şəxs saxlanılıb


Bakıda həbsdə olan dayısına telefon gətirən şəxs saxlanılıb

3-10-2019, 12:14
Oxunub: 505
Çap et
Bakıda həbsdə olan dayısına telefon gətirən şəxs saxlanılıb Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsinə əsasən 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İsmayılov Fikrət Xəlil oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı oğlu Goranboy rayon sakini Sadıqov Bilal Sadəddin oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan gödəkçənin cibində gizlədilmiş 1 ədəd "Samsung” markalı mobil telefon aparatı, 3 ədəd danışıq kartı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: