Rusiyada 15 yaşlı məktəbli paralel sinifdə oxuyan qızı öldürüb

dunya
3-10-2019, 12:09 1099
Rusiyada 15 yaşlı məktəbli paralel sinifdə oxuyan qızı öldürüb Rusiyada məktəbli qətl törədib.
Moskva ətrafında yerləşən Balaşixa şəhərində sahibsiz binada 15 yaşlı məktəbli qızın meyiti tapılıb. Meyitin baş nahiyəsində zədələr olub. Faktla bağlı cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanları araşdırma nəticəsində qətldə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Məlum olub ki, hadisəni qızla paralel sinifdə oxuyan 15 yaşlı oğlan törədib.
Yeniyetmə istintaqa ifadəsində qətl törətdiyini etiraf edib. O bildirib ki, həmyaşıdı olan qızla mübahisə gözlənilmədən münaqişəyə çevrilib və bu zaman onu öldürüb. Məktəbli hadisədən peşman olduğunu da deyib.
Araşdırmalar davam etdirilir.