» » “Düdelanj”ın baş məşqçisi: “Qarabağ”ı güclü narahat edəcəyik


“Düdelanj”ın baş məşqçisi: “Qarabağ”ı güclü narahat edəcəyik

3-10-2019, 11:32
Oxunub: 541
Çap et
“Düdelanj”ın baş məşqçisi: “Qarabağ”ı güclü narahat edəcəyik "Qarabağ”la oyun Avropa Liqası ilə bağlı hədəflərimizə aydınlıq gətirəcək”.
Bunu Lüksemburqun "Düdelanj” klubunun müvəqqəti baş məşqçisi Bertran Krasson deyib.
Belçikalı mütəxəssis Avropa Liqasının "Qarabağ”la bu gün keçiriləcək oyunu ərəfəsində komandasının hədəflərindən danışıb. O bildirib ki, Azərbaycan təmsilçisi ilə matç xüsusi əhəmiyyətə malikdir: "İtaliyalı jurnalistlər də mənimlə əlaqə saxlayıb "Düdelanj”da nələr baş verdiyi ilə maraqlanırdılar. Onlara dedim ki, bizim üzərimizdə heç bir təzyiq yoxdur və çox yüksək əhval-ruhiyyədəyik. Biz kiçik bir komandayıq və əla macəralar da yaşayırıq. Bizdən heç kim heç nə tələb etmir. Artıq bizə Avropada da ciddi yanaşırlar. "Qarabağ” üzərində qələbə qazansaq, qrupdan çıxmaq perspektivi daha ciddi olacaq”.
B.Krasson "Qarabağ”ı məğlub etməyin mümkünlüyünü də qeyd edib: "Bilirik ki, qalib gələ bilərik. Bizim üstünlüyümüz odur ki, evdə oynayırıq. Təsəvvür edin ki, "Sevilya” APOEL-i məğlub etsə, biz də qələbə qazansaq, durum necə olacaq. Təbii ki, biz də bu yarışda nə isə etmək istəyirik. Futbolçularda da təzyiq yoxdur. Onlara "meydana çıxın, şənlənin, futbol oynayıb kim olduğunuzu göstərin” deyəcəyəm”.
Belçikalı çalışdırıcı "Qarabağ” haqda da danışıb: "Mən onların oyunlarını bir az izləmişəm. Təhlilləri aparmaq üçün bir az da vaxtım qalıb. Düşünürəm ki, "Qarabağ” evdə və səfərdə fərqli futbol oynayan komandadır. Bu, oyunun əvvəlində bizə kömək edə bilər. Lakin bir daha təkrarlayım ki, bizim onlarla qarşılaşmada nəticə qazanmaq kimi öhdəliyimiz yoxdur. Onu söz verə bilərəm ki, rəqibi güclü narahat edəcəyik. Onlar bizim meydandan asan qələbə ilə getməyəcək”.
Reytinq: