Qatarın qadını vurması ilə bağlı rəsmi açıqlama

hadise
2-10-2019, 12:00 998
Qatarın qadını vurması ilə bağlı rəsmi açıqlama Bu gün səhər saatlarında Keşlə stansiyasında bədbəxt hadisə baş verib.
Hadisə saat 08:23-də qeydə alınıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib. Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.