Dərbənd toyu Ginnesin Rekordlar Kitabına düşüb

maraqli
30-09-2019, 12:15 1006
Dərbənd toyu Ginnesin Rekordlar Kitabına düşüb Rusiya Federasiyasının Dərbənd şəhərindəki Narın-Qala stadionunda Şəhər Günü münasibətilə keçirilən toy mərasimi Ginnesin Rekordlar Kitabına düşüb.
Bu toy bəy və gəlinlərin ən çoxmillətli və bol qonaqlı olması ilə seçilib.
Dərbənd Administrasiyası VVAQ-ın rəisi Tatyana Marçenko bildirib ki, 16 milliyyətin nümayəndəsi olan 24 cütlük və 10 mindən çox qonağın iştirak etdiyi toy mərasimini "Rusiya Rekordlar Kitabının” baş redaktoru və Ginnesin Rekordlar Kitabı üzrə müraciətlərin təmsilçisi Aleksey Svistunov qeydə alıb. O, müvafiq sertifikatı şəhər meri Xızrı Abakarova təqdim edib.
Dağıstan Respublikası hökuməti sədrinin müavini Anatoli Qəribov və Dərbənd rayonu başçısının vəzifəsini icra edən Fuad Şıxıyev də yeni ailə quranları təbrik ediblər.
Toy mərasimində Dərbəndin "Günəş” rəqs ansamblının, habelə Dağıstanın "Lezqinka” qrupunun iştirakı ilə konsert olub. Qonaqların arasında isə Mahaçqala ilə yanaşı, Rusiyanın müxtəlif regionundan gəlmiş insanlar olublar.