» » Kitabxanaları nüsxələrlə təchiz etməyən redaksiyalar inzibati məsuliyyət daşıyacaq


Kitabxanaları nüsxələrlə təchiz etməyən redaksiyalar inzibati məsuliyyət daşıyacaq

27-09-2019, 12:22
Oxunub: 606
Çap et
Kitabxanaları nüsxələrlə təchiz etməyən redaksiyalar inzibati məsuliyyət daşıyacaq Nazirlər Kabineti “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydası”nı təsdiqləyib.
Trend-in məlumatına görə, kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatına nəzarəti Mədəniyyət Nazirliyi həyata keçirir.
Məcburi nüsxələr kitab, almanax və kitabçalar, dövri mətbuat materialları, qəzet və jurnallar, avtoreferat, monoqrafiya və dissertasiyalar, not yazıları, albom və statistik materiallar, xəritə, atlas və kartoqrafik materiallar, dərsliklər, dərs vəsaitləri və özündə elmi, ədəbi və informativ məlumatları ehtiva edən digər nəşrlər hesab edilir.
Kitabxanaları məcburi nüsxələrlə təmin edən subyektlər dövlət, qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri, qəzet və jurnal redaksiyaları, nəşriyyat fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxslərdir. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulmasına görə şəxslər İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Reytinq: