Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək olur

iqtisadiyyat
27-09-2019, 10:31 899
Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək olur Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin dəstəyilə həyata keçirilən növbəti layihə regionlarında yaşayan qadınlara öz bizneslərini qurmaq üçün zəruri bilik və bacarıqlara yiyələnməkdə kömək edir.
Şirkətdən Trend-ə verilən məlumata görə, “İnformasiya texnologiyaları vasitəsilə Salyan və Sabirabadda qadınların liderlik bacarığının artırılması” layihəsinin əsas məqsədi adıçəkilən rayonlarda qadınları İKT alətləri ilə tanış etmək, bu sahədə onların bilik və bacarıqlarını artırmaq və yeni texnologiyalar vasitəsilə qadınların liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir. Bu məqsədlə qadınlar üçün “Şəbəkələşmə”, “Məşğulluq, peşə və əlavə gəlir”, “Karyera planlaması”, “Daxili motivasiya və hədəflərinə çatma” və digər mövzularda seminar və vebinarlar təşkil olunub. Layihə çərçivəsində yaradılan www.azqrm.net portalında bacarıqların artırılması ilə bağlı vebinarlar və fərdi inkişafla bağlı digər faydalı məlumatlar yerləşdirilib. Bu portal vasitəsilə hər iki rayonun QRM üzvləri Mərkəzə gəlmədən məşğulluq və bizneslə məşğul olmaqla bağlı məlumat mübadiləsi apara biləcəklər.
Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən yaradılmış Sabirabad Qadın Resurs Mərkəzinin nəzdində yaradılan “Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin “Bakcell”in dəstəyi ilə icra etdiyi layihə Sabirabadda 95, Salyanda isə 84-dən çox iştirakçını əhatə edib. Onlardan 6 nəfəri yaşadıqları rayonlarda şəxsi bizneslərinə başlamaq üçün ilk addımlarını atıblar.
Bakcell şirkəti özünün genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verir.
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
“Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə hətta beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat şirkətə “Speedtest” xidmətinə görə bütün dünyada tanınan “Ookla” şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.