» » Bakıda əhali qeyri-ərzaq məhsullarına nə qədər pul xərcləyib?


Bakıda əhali qeyri-ərzaq məhsullarına nə qədər pul xərcləyib?

26-09-2019, 10:58
Oxunub: 487
Çap et
Bakıda əhali qeyri-ərzaq məhsullarına nə qədər pul xərcləyib? 2019-cu ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,2 faiz artaraq 13 milyard 141,4 milyon manat olub.
Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 5 milyard 918,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 7 milyard 223,3 milyon manata bərabər olub.
İstehlak məhsullarının 28,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Reytinq: