Mehriban Əliyeva dünyanın ən dəbli xanımları siyahısında

maraqli
3-09-2015, 14:34 1140
Mehriban Əliyeva dünyanın ən dəbli xanımları siyahısında Onlar müğənni və ya aktrisa deyillər. Amma onların da öz pərəstişkarları var. Qadınlar onların geyim tərzlərini təkrarlayırlar. Bunlar ölkələrin birinci xanımlarıdır.
Axşam.az-ın məlumatına görə, Rusiyanın “Cosmopolitan” dərgisi "Dünyanın ən dəbli və cəlbedici xanımları"nın siyahısını hazırlayıb. Siyahıda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da yer alıb:
Mişel Obama – ABŞ prezidenti Barak Obamanın xanımı:
Onu təkcə Amerikanın rəhbərinin xanımı kimi tanımırlar. O, aktiv həyat tərzi ilə həyat yoldaşından da öndədir: Mişel yumoristik şoularda yer alır, rəqs edir, rep oxuyur.
Valeri Trierveyler – Fransa prezidenti Fransua Ollandanın keçmiş həyat yoldaşı:
O, 2012-ci ildə birinci xanım vəzifəsindən uzaqlaşıb, öz yerini model Karla Bruniyə verib. Valeriya jurnalist və teleaparıcıdır. Buna baxmayaraq geyim tərzi ilə də insanların sevgisini qazanmağı bacarıb.
Mehriban Əliyeva – Azərbaycanın prezidenti İlham Əliyevin xanımı:
Ağıllı və gözəl qadın olan Mehriban Əliyeva yazıçı Mir Cəlal Paşayevin nəvəsi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin qızıdır. O, Seçenov adına Moskva Dövlət Tibb Universitetini qırmızı diplomla bitirib, İlham Əliyevlə hələ prezident olmadığı illərdə ailə qurub. Cütlüyün 3 övladı var. Mehriban Əliyeva peşəsi üzrə Moskvada göz xəstəlikləri elmi-araşdırma institutunda işləyib, sonra isə xeyriyyəçilik işləri ilə məşğul olmağa başlayıb. Hazırda birinci xanım BMT-nin və YUNESKO-nun xoşməramlı səfiridir. Eyni zamanda o, ölkənin ən dəbli xanımıdır.
Əsma Əsəd – Suriya prezidenti Bəşər Əsədin xanımı:
– Suriyaəsillidir. O, Londonda doğulub və böyüyüb. Anası diplomatdır. Buna baxmayaraq, Əsma Britaniyanı qoyub, Suriyaya gəlməyə razılıq verib. Həmin ərəfədə o, bankda işləyirdi. Əsma Əsəd Suriyada yaşasa da, qərb stilində geyinir.
Evelin İlves – Estoniya prezidenti Tomas Hendrik İlvesin keçmiş xanımı:
Tibb fakültəsini bitirib, buna baxmayaraq o karyerasını marketinq sahəsində qurub. Sevgilisi prezident, özü isə iş qadını olandan sonra Evelin qarderobunda ciddi dəyişiklik edib, arıqlayıb.
Anhelika Rivera – Meksika prezidenti Enrike Peni Netının xanımı:
Aktrisa Anhelika Meksika seriallarında rol alıb. 2010-cu ildə o, Enrike ilə ailə qurub. İki ildən sonra isə onun həyat yoldaşı prezident olub.
Aqate Kornhauzer Duda – Polşa prezidenti Andjeya Dudanın həyat yoldaşı:
Aqate – alman dili müəlliməsidir. Peşəsindən uzaqlaşıb, həyat yoldaşına işlərində kömək etməyə başlayıb. Həyat yoldaşı ilə hələ məktəbdə oxuyan illərdə tanış olub.
Şantal Biyya – Kamerunun prezidenti Polya Biyyanın xanımı:
Dünyanın ən diqqətçəkən birinci xanımıdır. Ona Ledi Qaqa, Ru Pol da həsəd aparır. Tədbirlərdə ekstravaqant obrazları ilə həmişə diqqət mərkəzində olur.