Messi komanda yoldaşlarını danlayıb

idman
25-09-2019, 10:28 921
Messi komanda yoldaşlarını danlayıb İspaniya təmsilçisi “Barselona”nın kapitanı Lionel Messi komanda yoldaşlarını danlayıb.
32 yaşlı hücumçu La Liqanın V turunda səfərdə “Qranada”ya 0:2 hesabı ilə uduzduqları matça görə oyunçulardan narazı qalıb.
Qeyd edilir ki, Messi paltardəyişmə otağında “Barselona”nın futbolçularını sərt şəkildə tənqid edib.
Xatırladaq ki, zədəli olduğu üçün mövsümün əvvəlindəki görüşlərdə iştirak etməyən L.Messi “Qranada” ilə qarşılaşmada ikinci hissədə meydana daxil olub.