» » Dünya Bankı Azərbaycan hökuməti ilə bir neçə yeni və maraqlı layihələri müzakirə edir


Dünya Bankı Azərbaycan hökuməti ilə bir neçə yeni və maraqlı layihələri müzakirə edir

25-09-2019, 10:24
Oxunub: 361
Çap et
Dünya Bankı Azərbaycan hökuməti ilə bir neçə yeni və maraqlı layihələri müzakirə edir Dünya Bankı (DB) Azərbaycanla tərəfdaşlıq strategiyasının keçid dəyərləndirilməsini aparır.
Bunu Trend-ə özəl müsahibədə DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Sebastyan Molineus deyib.
O bildirib ki, hazırda strateji tərəfdaşlığın keçid dəyərləndirilməsi aparılır:
“Bu proses zamanı biz strategiyanın reallaşdırılmasının birinci yarısında əldə olunan nəticələri təhlil edirik, hər hansı bir dəyişikliyin lazım olub-olmamasını dəyərləndiririk. Hazırda biz Azərbaycan hökuməti ilə bir neçə yeni və maraqlı layihələri müzakirə edirik. Bu, bizim adətən birgə işlədiyimiz sahələri əhatə edir. Biz nəqliyyat kimi ənənəvi sahə ilə yanaşı, hökumətin özünüməşğulluq proqramına dəstək göstərilməsi kimi yeni sahədə işləməyə ümid edirik. Amma vacib bir məsələni qeyd edim: Dünya Bankı hökumətlərə layihə təqdim etmir. Dəstəklədiyimiz bütün layihələr dövlət layihələridir və biz bu layihərlərin reallaşdırılmasında maliyyə və texniki biliklərimizi təklif edirik”.
Regional direktor qeyd edib ki, cari tərəfdaşlıq strategiyası 2020-ci ildə başa çatır və Dünyü Bankı növbəti dövr üçün yeni strategiya təqdim etmək niyyətindədir:
S.Molines əlavə edib ki, DB son 27 il ərzində Azərbaycanın etibarlı tərəfdaşı olub, keçid dövrünün çətin keçən ilk illərində ölkəyə kömək göstərib, əsas infrastrukturun bərpa olunmasında, vacib islahatların həyata keçirilməsində dəstək olub.
Reytinq: