Makron açıq şəkildə Kiyevi Putinə satır – Sensasion iddia

dunya
19-09-2019, 17:11 995
Makron açıq şəkildə Kiyevi Putinə satır – Sensasion iddia Fransa Prezidenti Emmanuel Makron açıq şəkildə Ukraynanı satır.
Bunu "Qordon” saytına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin eks-müşaviri Andrey İllarionov deyib. Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski Normand formatında iştirakdan imtina etməlidir:
"Normand formatı Ukrayna prezidentinin ona qarşı olan üç insanla üz-üzə oturacağı anlamına gəlir. Biz bu gün fransız liderin mövqeyini görürük. O, Ukraynanı açıq şəkildə satır. Artıq bağlı qapılar arxasında nələrin baş verdiyini deməyə ehtiyac yoxdur. Normand formatına ABŞ Prezidenti Donald Trampın qoşulması situasiyanı pisləşdirəcək”./axar.az