Yəməndə məsciddə törədilən iki partlayış nəticəsində 28 nəfər ölüb

dunya
3-09-2015, 14:24 946
Yəməndə məsciddə törədilən iki partlayış nəticəsində 28 nəfər ölüb Məsuliyyəti öz üzərinə İŞİD terror qruplaşması götürüb.
Yəmənin paytaxtı Sanada məsciddə iki partlayış törədlib.
İlkin məlumata görə, hadisə zamanı 28 nəfər ölüb, daha 30 nəfər yaralanıb.
Təxmin edilir ki, ilk partlayışı terrorçu-kamikadze üzərində olan partlayıcı qurğunu işə salaraq həyata keçirib. İkinci partlayış isə insanlar məscidi tərk edərkən baş verib.
Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.