Pakistan Azərbaycanla birgə müəssisə yaratmaqda maraqlıdır - Tekstil sahəsi hədəfdə

iqtisadiyyat
5-09-2019, 16:40 722
Pakistan Azərbaycanla birgə müəssisə yaratmaqda maraqlıdır - Tekstil sahəsi hədəfdə Pakistan Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır.
Bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.
O qeyd edib ki, birgə layihələr müxtəlif sahələrdə, xüsusilə də tekstil məhsullarının istehsalında reallaşdırıla bilər:
“Pakistanın tekstil sənayesi yaxşı inkişaf edib. Ölkənin sənaye məhsullarının ixracında ən böyük hissəni bu sahə təşkil edir. Azərbaycana ixracın 60 faizi tekstil məhsullarının payına düşür”.
Səfir əlavə edib ki, Azərbaycana ixrac strukturunda ikinci yeri düyü tutur.
Onun sözlərinə görə, Azərbaycanla birgə müəssisələrin yaradılması yaxın perspektivdə nəzərdən keçirilə bilər.