Ağstafada “qan davası”: dörd ölü - TƏFƏRRÜAT

gundem
17-06-2019, 12:57 1353
Ağstafada “qan davası”: dörd ölü - TƏFƏRRÜAT Bu gün səhər saatlarında Ağstafa rayonunda Böyük Kəsik dəmiryol stansiyasının yaxınlığında, bazar ərazisində güllənmə hadisəsi qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildiriblər ki, 16 yaşlı Elnur Süleymanovun AK markalı avtomat silahdan atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ölən şəxslərin adları da məlumdur. Onlar Sadıxlı kəndinin sakinləri 1961-ci il təvəllüdlü Musayeva Şərqiyyə Süleyman qızı və iki oğlu - Şəmiddin Musayev Fərrux oğlu (1978) və Novruz Musayev Fərrux oğludur (1984). Həlak olan daha bir nəfərin şəxsiyyəti dəqiqləşdirilir. Onun təsadüfi güllənin qurbanı olduğu bildirilir.