» » Kaliforniyanın daha bir şəhərində “Azərbaycan Milli Günü” elan edildi


Kaliforniyanın daha bir şəhərində “Azərbaycan Milli Günü” elan edildi

13-05-2019, 13:12
Oxunub: 728
Çap et
Kaliforniyanın daha bir şəhərində “Azərbaycan Milli Günü” elan edildi ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 2019-cu il mayın 28-ni “Azərbaycan Milli Günü” elan edib.
Bu barədə RealFakt-a Los-Ancelesdəki Baş Konsulluqdan məlumat verilib.
Məlumata görə, bununla bağlı şəhər meri Kristina Shea (Christina Shea) müvafiq bəyannamə imzalayıb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilir.
Bəyannamədə azərbaycanlı-amerikalıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irsi vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunur.
Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı-amerikalı icmasının dəyərli töhfələrini təqdir etdiyi deyilir.
Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə “Azərbaycan Milli Günü” elan edilir.
Kaliforniyanın daha bir şəhərində “Azərbaycan Milli Günü” elan edildi
Reytinq: